İki il əvvəl Ermənistanda hərbi xidmətə çağırılan və Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrdə xidmətə göndərilən erməni hərbçilər təcili olaraq vəzifələrindən azad edilirlər.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abrahamyan özünün “Facebook” hesabında yazıb.
Abrahamyanın sözlərinə görə, Ermənistandan Qarabağa çağırış sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirilib. Sezar pizza
“44 günlük müharibədən sonra 2021-ci ilin qışında Ermənistandan çağırışçılar Qarabağa göndərilməyib. 2 il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan oğlanlarımız Qarabağdakı son dəstələrinin Azərbaycanın tələbi ilə tərxisetmənin vaxtından əvvəl həyata keçirildiyi görünür”,- erməni deputat bildirib.
Telegram kanalımız