SON DƏQİQƏ! Hizbullah Mossad qərargahına hücum etdi

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Hizbullah Mossad qərargahına hücum etdi

Dünya

01 Oktyabr 2024 14:52 490


Hizbullah Təl-Əvivdəki Mossad qərargahına raketlərlə hücum etdiyini bildirib. 

Musavat.com-un xəbərinə görə, bu barədə hərəkatın Telegram kanalında məlumat verilib. 

Bundan əlavə, radikallar şəhərin kənarında yerləşən İsrail hərbi kəşfiyyat bölmələrinin bazasına da raketlər atıblar.  Sezar pizza

Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) sərhəd bölgəsindəki Hizbullah hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərə” başladığını elan edib. İsrail ordusunun məlumatına görə, reydlərdə əvvəllər Qəzza zolağında fəaliyyət göstərən 98-ci diviziya iştirak edir. Quru qoşunlarına hava qüvvələri və artilleriya dəstəyi verilir. Eyni zamanda “Al Mayadeen” telekanalı qeyd edib ki, İsrail ordusu hissələrinin Livan ərazisinə daxil olması ilə bağlı hələ məlumat yoxdur.

NATO isə bildirib ki, alyans Livandakı münaqişədə iştirak etmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!