Son Dəqiqə: İtaliyadakı vətəndaşlarımız ölkəyə gətirilir 

saytların hazırlanması

Evə çatdırılma

Son Dəqiqə: İtaliyadakı vətəndaşlarımız ölkəyə gətirilir 

Sosial

17 Mart 2020 09:16 996


İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar olaraq İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan Respublikası vətəndaşları üçün 17 mart 2020-ci il tarixində axşam saatlarında Roma şəhərindən Bakı şəhərinə birbaşa çarter reysi həyata keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Səfirlik əməkdaşları aidiyyəti məsələ ilə bağlı müraciət etmiş vətəndaşlarımızın əksəriyyəti ilə fərdi qaydada əlaqə saxlayaraq, onların Vətənə qaytarılması ilə əlaqədar müvafiq təşkilati məsələlər haqqında onları məlumatlandırıb.  pizza

Səfirliyə müraciət etmiş bəzi vətəndaşlarımızla telefon rabitəsinin qurulmasında çətinliklərin olduğunu nəzərə alaraq, aidiyyəti məsələ ilə bağlı səfirlikdən zəng qəbul etməmiş vətəndaşlarımızdan təcili olaraq səfirliklə əlaqə saxlamaqları xahiş olunur”.

Telefon nömrəsi: 06 85305557

Qaynar xətt: 349 8155582


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!