Son dəqiqə: Laçın-Şuşa yolunda tonqallar qalandı

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Laçın-Şuşa yolunda tonqallar qalandı

Rəsmi

12 Dekabr 2022 16:29 1456


“Artıq 7 saatdır ki, aksiyamız davam edir. Hamı Andrey Volkovun bura gəlməsini gözləyir”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Laçın-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib. 

N.Azəri bildirib ki, A.Volkov əraziyə gəlməmək üçün israr edir: pizza sifarişi

“Onlar havanın qaralmasını və bizim soyuğa tab gətirməyərək ərazini tərk etməyimizi gözləyir. Biz isə geri çəkilmək niyətində deyilik. Artıq ərazidə tonqallar yandırılıb. Volkov gələnə kimi aksiyanı davam etdirəcəyik. Lazım gəlsə, gecəni tonqal başında keçirəcəyik. Nə soyuq, nə şaxta, nə də sülhməramlılar bizim iradəmizi qırmağa qadir deyil”. 

ƏSMƏTXANIM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!