Son dəqiqə: Messinin hansı klubda oynayacağı bəlli oldu 

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Messinin hansı klubda oynayacağı bəlli oldu 

İdman

06 Avqust 2021 10:42 2820


“Barselona” klubundan ayrılan ulduz futbolçu Lionel Messi son bir neçə saat ərzində Fransanın PSJ klubu ilə danışıqlar aparır.

Yenisabah.az xəbər verir ki, bu haqda jurnalist Məhəmməd Buhafsi tvitter hesabında yazıb.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. Messi bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə qazanıb. Dominos pizza

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!