SON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Müdafiə Nazirliyi məlumat yaydı

Hadisə

21 Avqust 2021 16:05 6620


Avqustun 21-i saat 12:30-dan 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur. Marqarita pizza

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!