SON DƏQİQƏ: Müdafiə Nazirliyi mühüm məlumat   YAYDI

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Müdafiə Nazirliyi mühüm məlumat YAYDI

Hadisə

29 Avqust 2021 14:14 10940


Müdafiə Nazirliyi cənhədə baş verənlərlə bağlı açıqlama yayıb.

Yenisabah.az həmin açıqlamanı təqdim edir:

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır: Toyuqlu pizza

"Qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır. Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və  yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür.

Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!