Müharibə hazırlıqları tamamlandı -   Bu tarixdə başlayır…

saytların hazırlanması

Evə çatdırılma

Müharibə hazırlıqları tamamlandı - Bu tarixdə başlayır…

Siyasət

21 Oktyabr 2024 10:07 3661


İrana hücum üçün hazırlıqlar tamamlanıb.

Yenisabah.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzeti İsrailin İrana hücumu üçün hazırlıqlarını tamamladığını yazıb.

Mənbələrdən alınan məlumatların yer aldığı Yedioth Ahronoth qəzetinin xəbərinə görə, İsrailin İrana hücumu ilə bağlı bütün hazırlıqlar tamamlanıb. Dominos pizza

Eyni mənbələr İsrail hökumətinin Benyamin Netanyahunun sədrliyi ilə keçirilən iclasında İrana hücum, Livanda müharibənin davam etdirilməsi və Qəzzaya yardımın paylanması müzakirə olunub.

Mənbələr həmçinin bildiriblər ki, İsrail İranın cavab verəcəyini düşünür və buna görə də mümkün cavab üçün hazırlıq görür.

Qeyd edək ki, oktyabrın 1-dən 2-nə keçən gecə İran İsrailə növbəti ballistik raket hücumları təşkil edib. Ümumilikdə 200-dən çox raket İrandan israil ərazisinə atılıb. Hücumlardan sonra İsrailin Baş naziri Netanyahu bunun İrana baha başa gələcəyini açıqlamışdı. 

Xatırladaq ki, İsrailə raket hücumu İranın ali dini lideri Ayətullah Əli Xamneyinin göstərişi ilə həyata keçirilib.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!