SON DƏQİQƏ: Nəsiman Yaqublu qəzada həlak oldu   - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Nəsiman Yaqublu qəzada həlak oldu - Yenilənib

Hadisə

25 Avqust 2024 19:25 1617


Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Dominos pizza

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur.

********* 

Professor Nəsiman Yaqublu yol qəzasına düşüb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Nəsiman Yaqublunun Zəngilandan qayıdarkən ağır yol qəzasına düşdüyünü bildirib.

Onun sözlərinə görə, N. Yaqublu Füzuli xəstəxanasına yerləşdirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!