SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır? - AÇIQLAMA

Siyasət

17 Sentyabr 2025 20:47 6512


Son zamanlar ölkə ictimaiyyətində quru sərhədlərin açılıb-açılmayacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə də oktyabrın 1-dən sonra sərhədlərin açılması ehtimalı ilə bağlı gözləntilər var. 

Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın sərhədlərinin bağlı qalması ilk növbədə ölkənin təhlükəsizliyi ilə bağlıdır:

“İnanmıram ki, oktyabrın 1-dən sonra quru sərhədlər açılsın. TəhlükəsizliK məsələsi bizim üçün çox önəmlidir. Hazırda nə şimalda, nə də cənubda sərhədlərin açılmasına imkan verəcək real şərait mövcuddur.  Dominos pizza

Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı müxtəlif təhdidlər səngimir. Bu təhdidlər isə hər kəsin gözü qarşısındadır. Belə bir vəziyyətdə sərhədlərin açılması təhlükəsizlik baxımından riskli olardı. Ona görə də, mövcud geosiyasi durum sərhədlərin bağlı qalmasını zəruri edir və bu qərarın davamlı şəkildə dəstəklənməsinə səbəb olur”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!