Son dəqiqə: Ölkədə bank kartları bloklanıb

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Ölkədə bank kartları bloklanıb

İqtisadiyyat

07 Yanvar 2024 09:20 56615


Hal-hazırda “Azərikard”a bağlı olan bank kartları bloklanıb. 

“Yeni Sabah” xəbər verir ki,  bu barədə “Azərikard” istifadəçiləri sosial şəbəkələrdə kütləvi şəkildə məlumat paylaşır. Bildirilir ki, kartlarla hər hansı maliyyə əməliyyatları mümkün deyil. 

Qeyd edək ki, “Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 16 banka prosessinq xidməti göstərir. pizza

İT üzrə mütəxəssis Osman Gündüz bildirib ki, artıq bir neçə saatdır  Azəricard prosessinq mərkəzinə bağlı olan bankların kartları ilə aparılan əməliyyatlarda ciddi problem yaranıb.

Bu bankların kartları vasitəsilə, həmçinin bu banklara bağlı olan digər vasitələrlə ödənişləri reallaşdırmaq indiyədək mümkün olmayıb.

“Xatırladıram ki, Azəricard ölkənin ən böyük prosessinq mərkəzidir, 16 banka xidmət edir.

Bildiyim qədər Azəricard datanı saxlamaq üçün əsasən HPE avadanlıqlarından istifadə edirdi.

Maraqlıdır ki, HPE-nin ölkəmizdə nümayəndəliyi bağlanandan sonra support məsələsində bir neçə dəfə problemlər olub.

Bu qədər zaman kəsiyində backup-dan istifadə edilməməsi də düşündürücüdür.

Düşünmək olar ki Azəricard-ın uzun müddət sistemi bərpa edə bilməməsi backup-ın problemli olması, yaxud da keyfiyyətli texniki dəstəyin əlçatan olmaması ilə bağlı olub.

Yeri gəlmişkən, DTX və XRİTDX-nin zaman-zaman səsləndirdikləri "kritik informasiya infrastrukturu", "kritik qurumlar" məsələsi məhz bu baş verənlərdi.

Yəni, Azəricard-da baş verənlər minlərlə istifadəçilər, şirkətlər və dövlət qurumları üçün ciddi problemlər yaradıb.

Maraqlıdır, görəsən Azəricard kritik informasiya infrastrukturu siyahısına daxil edilibmi?

Hansı ki, bu siyahı DTX və XRİTDX -in təklifləri əsasında hökumət tərəfindən xeyli müddət öncə təsdiqlənməliydi.

Hələlik isə təəssüf ki, belə bir təsdiqlənmiş siyahı yoxdur.

Azəricard baş verənlərlə bağlı üzrxahlığını bildirib və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.

Ümid edirəm data itkisinə yol vermədən sistemi bərpa edə biləcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Gülnare
    Hec bir problem yoxdur ödeniş etdim problemsiz bu gün
    2 years ago
  • Mehemmed
    Biz bele gedir ABB kartindan kocen vetran pulunu ala bilmeyecem
    2 years ago
  • İsmayıl
    Visa kart isdifadə edirəm rusiyadan kartıma 88 manat pul atıldı dünən ama ki karta gəlmıdi pul nə vaxd düzələcək bu prablem
    2 years ago
  • Fuad Çammadov
    İstifadəçilərə vurulan ziyan ödəniləcəkmi?
    2 years ago
  • Əkbər
    Mən dünəndən ümumiyyətlə ABB tətbiqini aça bilmirəm.
    2 years ago
  • Rasim
    Kartın karta səf göndəriş olub kimə müraciyət edə bilərik
    2 years ago
  • Kamil
    Salam mən illərdir ki,Azərikart istfadəçisiyəm indiyə qədər heç bir problemi ilə üzləşməmişəm çox razıyam
    2 years ago
  • E
    Çox problemli işdi.hələdə ABB işləmir.
    2 years ago