Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. pizza mizza
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
Telegram kanalımız