Son dəqiqə: Qızılağac Milli Parkı yanır

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Qızılağac Milli Parkı yanır

Hadisə

27 Avqust 2021 16:11 1330


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi, Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, təxminən 10 ha sahədə kol-kos yanır. Dördpendirli pizza

Əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!