Son dəqiqə: Rayonlara yağış yağacaq, dolu düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Rayonlara yağış yağacaq, dolu düşəcək

Rəsmi

11 İyul 2021 11:13 2789


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-36  isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi  normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Marqarita pizza

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:  Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyulun 12-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı,  dolu düşəcəyi ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 isti, gündüz  32-37  isti, dağlarda gecə 9-14 isti, gündüz 15-20 dərəcə isti olacaq.

Gündüz bəzi  dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, dolu düşəcəyi ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!