SON DƏQİQƏ! Santuş millidən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Santuş millidən qovuldu

İdman

06 Sentyabr 2025 09:40 11389


DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda İslandiya millisinə səfərdə 0:5 hesabı ilə məğlub olan Azərbaycan seçməsinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən ayrılacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Xatırladaq ki, Fernandu Santuş 2024-cü ildən Azərbaycan millisini çalışdırır. pizza mizza

3+1 illik müqavilə imzalanan baş məşqçi Azərbaycan millisindən sözləşməsi başa çatmayacağı təqdirdə ayrılarsa, geri qalan hər ili üçün bir milyon avro təzminat alacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa sentyabrın 9-da çıxacaq. Seçmə komandamız Ukrayna millisini qəbul edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Natiq
    O olmasın, bu olsun filmində Məşədi ibad deyir: əşi, bu gəlini gətirəndə baxmzlar ki, gəlin kişidir ya arvad? İndi də, bu avara Santuşu gətirəndə tarixçəsinə baxmadılar ki, bu nə yuvanın quşudur? Nəsibə xanım demişkən, bu quş deyil, xalis bayquşdur. Santuşu millimizə gətirənlər haraları ilə fikirləşiblər, nə məqsd güdüblər, Allah bilir. Heyif o milyonlardan.
    8 months ago