Son dəqiqə: Separatçılar Azərbaycanı tərk edir   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Separatçılar Azərbaycanı tərk edir - VİDEO

Hadisə

21 Avqust 2023 11:03 7645


Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Report”un Laçına ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib.

Qeyd olunur ki, onlar, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Dördpendirli pizza

Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər.

Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib ayrı harada istəsələr, yaşasınlar.

Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.

Baku TV “Laçın” sərhəd-buraxılış məntəqəsindən ermənilərin sərbəst keçidi prosesini canlı bağlantı ilə yayımlayır:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!