Son dəqiqə: Türk lirəsi kəskin ucuzlaşdı 

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Türk lirəsi kəskin ucuzlaşdı 

İqtisadiyyat

22 May 2023 11:49 5485


Prezident seçkilərinin ikinci turu yaxınlaşdıqca, Türkiyədə dolların qiymətində ciddi artım müşahidə edilir. Dollar yeni həftəyə 2 lirə bahalaşmaqla başlayıb. 

Yenisabah.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün birjalarda dolların satış qiyməti 1982 lirə olub. Bu, ötən həftənin sonuncu iş günü ilə müqayisədə 2 lirə çoxdur. Ötən cümə birjalarda 100 dollar 1980 lirə olmuşdu.

Qeyd edək ki, türk lirəsinin dəyərdən düşməsi mayın 14-də keçirilən prezident və parlament seçkilərindən sonra bir qədər də güclənib. Belə ki, mayın 14-də 100 dollar birjalar 1956 lirə olmuşdu.  Sezar pizza

İqtisadçılar prezident seçkilərindən sonra dolların qiymətinin daha da bahalaşacağını proqnozlaşdırırlar. Onların qənaətinə görə, iyun ayında Türkiyədə 100 dollar 2,000 lirədən baha olacaq. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!