SON DƏQİQƏ: Türkiyə millisinin bugünkü oyunu təxirə salına bilər 

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Türkiyə millisinin bugünkü oyunu təxirə salına bilər 

İdman

14 Oktyabr 2024 13:41 841


UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya - Türkiyə oyunu təxirə salına bilər. 

QOL.az xəbər verir ki, oyunun bu gün Bakı vaxtı ilə saat 22.45-də başlaması nəzərdə tutulub. Lakin Türkiyə mediasının İslandiyanın "Visir" nəşrinə istinadən yazdığına görə, matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsi var. 

Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. İclasda təxirəsalınma ilə bağlı qərar verilməyib.  pizza mizza

Ancaq bu gün meydança yenidən yoxlanılacaq və oyunun təxirə salınıb-salınmayacağına dair UEFA qəti qərar verəcək. 

O da bildirilib ki, "Laugardalsvöllur" stadionunun meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir. 

Məlumata görə, təxirə salınma qərarı verilərsə, matç oktyabrın 15-i keçiriləcək. 

Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!