SON DƏQİQƏ: Vaqif Əsədov da işdən çıxarılıb?

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Vaqif Əsədov da işdən çıxarılıb?

Sosial

12 Yanvar 2020 18:19 12034


Bakı Dövlət Yol Polisi İdarəsində aparılan yoxlamalar nəticəsində vəzifəsini itirənlərdən biri də idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdur.

"Yeni Sabah" xəbər verir ki, V.Əsədov hətta yoxlamaların başladığı ilk günlərdən vəzifədən alınıb.

Bildirilib ki, adıçəkilən şəxsin xeyli müddətdir mediada görünməməsi də bununla əlaqədardır: "Bir neçə gün əvvəl "İctimai" TV-də yayımlanan "3 D" verilişinin aparıcısı Dadaş Dadaşzadə də bildirdi ki, Vaqif Əsədovu verilişə çağırır o gəlmir. Yəqin ki, yaxın günlərdə onun vəzifədən alınması ilə bağlı rəsmi məlumat yayılacaq". Toyuqlu pizza

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Bakı Dövlət Yol Polisi İdarəsin aparılan yoxlamaların nəticəsi olaraq, idarə rəhbərliyinin sərəncama göndərilməsi haqda məlumat yayılıb. Məlumatda bildirilirdi ki, buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir. Onu da qeyd edək ki, həmin xəbər yayılmazdan üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.  /Afn.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!