SON DƏQİQƏ! - Zərdabda faciə: 3 nəfər öldü, 5 yaralı var 

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! - Zərdabda faciə: 3 nəfər öldü, 5 yaralı var 

Hadisə

10 Avqust 2024 10:34 1062


Avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. 

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  pizza

Daha sonra xəsarət almış daha bir nəfər səhər saatlarında dünyasını dəyişib. 

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar aparılır. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!