“Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq“   - Zubir

saytların hazırlanması

Evə çatdırılma

“Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq“ - Zubir

İdman

28 Oktyabr 2022 10:12 975


"Futbolda belə hallar olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalıyıq. Bakıda "Frayburq"u məğlub etməliyik".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.

"Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik" - deyə o bildirib. pizza sifarişi

Zubir bu matçda möhtəşəm atmosfer olduğunu söyləyib: "Buraya qayıtmaq mənim üçün gözəldir. Fransada ailə üzvlərim, dostlarım var. Buna baxmayaraq, nəticəyə görə Nantdan məyus qayıdıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!