Son sutkada koronavirusdan 7 minə yaxın şəxs həyatını itirib

saytların hazırlanması

Evə çatdırılma

Son sutkada koronavirusdan 7 minə yaxın şəxs həyatını itirib

Dünya

22 Oktyabr 2020 14:38 903


Oktyabrın 21-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 437 min 441 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord 414 min 471 nəfərin yoluxduğu oktyabrın 16-da müşahidə edilmişdi.

Yenisabah.az xəbər verir ki, ötən sutka ərzində koronavirus səbəbindən 6 min 855 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 41 milyon 494 min 827 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 136 min 463 nəfərə çatıb. Eyni zamanda, 30 milyon 917 min 498 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 9 milyon 440 min 866 xəstədən 74 min 155-nin vəziyyəti ağır qiymətləndirilir. Dördpendirli pizza

ABŞ-da virusa yoluxanların sayı 8 milyon 584 mini ötüb. Hindistanda 7 milyon 707 min, Braziliyada 5 milyon 300 min, Rusiyada 1 milyon 447 min, İspaniyada 1 milyon 46 min, Argentinada isə 1 milyon 37 min yoluxma qeydə alınıb.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 227 min 409 nəfər. İlk beşliyə daxil olan Braziliyada 155 min 459, Hindistanda 116 min 653, Meksikada 87 min 415, Böyük Britaniyada isə 44 min 158 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Qeyd edək ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!