“Son zəng”də məktəbli formasında olmaq məcburidir, yoxsa tövsiyə?

saytların hazırlanması

Evə çatdırılma

“Son zəng”də məktəbli formasında olmaq məcburidir, yoxsa tövsiyə?

Sosial

16 May 2025 15:41 250


Hər il "Son zəng" mərasimi yaxınlaşdıqca cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri məktəblilərin bu əlamətdar günə hansı geyimdə qatılacaqları olur.

Yenisabah.az xəbər verir ki, bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun - "Son zəng"də şagird məktəbli formasında olmalıdır", - açıqlaması olub.

Bu açıqlama ictimaiyyətdə bir sıra sualların yaranmasına səbəb olub. Pepperoni pizza

"Son zəng"ə qatılan hər məktəbin öz xüsusi forması olacaq, yoxsa bütün məktəblilər üçün vahid forma tətbiq ediləcək?

Məsələyə aydınlıq gətirmək üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etdik.

Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb.

"Sadəcə şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!