“Son zəng”lə bağlı direktorlara XƏBƏRDARLIQ edildi

saytların hazırlanması

Evə çatdırılma

“Son zəng”lə bağlı direktorlara XƏBƏRDARLIQ edildi

Sosial

13 May 2025 13:55 443


"Son zəng tədbiri ilə bağlı müvafiq təlimat var. Məktəb direktorlarının, müəssisə rəhbərlərinin həmin təlimata əməl etmələri tövsiyə yox, artıq tapşırıqdır və hər kəsdən bu təlimata ciddi şəkildə əməl etməyə çağırırıq".

Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, məktəbdaxili tədbirin keçirilməsi ilə bağlı nümunəvi ssenari və nümunəvi protokol göndərilib: pizza sifarişi

"Bu protokoldan kənara çıxmaq uyğun deyil. Protokolda həm sadə bədii hissə, eyni zamanda şagirdlərimizin kiçik həcmli çıxışları nəzərdə tutulur. Həmçinin şagirdlərin yaradıcı bir təqdimatları ola bilər.

Amma bunun çox bağlı hansısa ciddi maliyyə yükü yaradan və məktəb kollektivinin, valideyn icmasının üzərinə əlavə maliyyə yükü yaradan formatda keçirilməsini məqsədəuyğun hesab etmirik, bu yolverilməzdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Ə.BAĞIROV HANSI ƏSASLARLA MƏKTƏBLƏRƏ RƏHBƏRLİK EDİR? PEDAQOJİ TƏCRÜBƏSİ OLMAYAN, SERTİFİKAT İMTAHANI VERMƏYƏN MƏMUR MƏKTƏB DİREKTORLARINA XALA XƏTRİN QALMASIN DEYƏ GÖSTƏRİŞ VERSƏ DƏ DİREKTORLAR PUL YIĞIBLAR VƏ YIĞACAQLAR.
    12 months ago