“Sona qədər diqqətimi itirməməyə çalışdım” - Teymur Rəcəbov

saytların hazırlanması

Evə çatdırılma

“Sona qədər diqqətimi itirməməyə çalışdım” - Teymur Rəcəbov

İdman

04 Yanvar 2021 07:09 851


Bu gün həqiqətən çox çətin idi. Sona qədər diqqətimi itirməməyə çalışdım.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn “Airthings Masters” turnirindəki qələbəsi barədə danışarkən deyib.

O qeyd edib ki, rəqibi Levon Aronyan mükəmməl oyun nümayiş etdirib: “Levon Aronyan çox yaxşı oyun nümayiş etdirdi. Mən əlimdən gələni etdim. Həqiqətən çətin bir matç oldu və qalib gəldiyim üçün xoşbəxtəm”. pizza sifarişi

Teymur Rəcəbov onu da bildirib ki, turnirdə qalib ola biləcəyinə inanırdı. O, ilk partiyanın onun üçün xoşagəlməz olduğunu, əsəbləşsə də amma sakit olmağa və mövqeyini qorumağa çalışdığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!