“Sonra məlum olur ki, Mozambikin hansısa bir əyalətində...“   - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Sonra məlum olur ki, Mozambikin hansısa bir əyalətində...“ - ETİRAZ

Maraqlı

23 Sentyabr 2022 12:23 1245


Son illər mətbuatda aldadıcı başlıqlardan istifadə halları geniş yayılıb. Bəzən qurum daxilində baş tutan vəzifə dəyişikliyi belə aldadıcı başlıqlarla ölkə əhəmiyyətli hadisə kimi təqdim olunur. Maraqlısı odur ki, çox zaman oxucular həmin jurnalistlərin "tor"una düşürlər.

Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Yenisabah.az-a açıqlamasında bildirib ki, hazırda bu cür hallara tez-tez rast gəlirik.

O, vurğulayıb ki, xəbərə yaxşı, cəlbedici başlıq qoymağın bütün məsuliyyəti redaktorun üstündədir: Dördpendirli pizza

“"Şok", "sensasiya", "eksklüziv" və s. bunlardan istifadə normaldır, təbii ki, yerində. Oxucunu başlıqla heç vaxt aldatmaq olmaz. Əksər hallarda bunu bilərəkdən edirlər ki, oxunma sayı yüksək olsun”.

“Məsələn, qeyd edirlər ki, Prezident avtomobil qəzasına uğradı. Hər kəs bu başlıqdan təlaşlanıb xəbəri oxumağa can atır. Lakin sonra məlum olur ki, Mozambikin hansısa bir əyalətində nəyinsə bir prezidentidir.

Əlbəttə, xəbər başlıqları daim diqqət çəkən olmalıdır. Amma onu da qeyd edim ki, xalqı aldatmaq düzgün deyil. Məqalələrə, xəbərlərə uğurlu sərlövhənin seçilməsi olduqca vacib bir amildir” - deyə o, münasibət bildirib.

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!