“Sabah” “Qəbələ”ni məğlub etdi, “Keşlə” “Səbail” ilə bacarmadı - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

“Sabah” “Qəbələ”ni məğlub etdi, “Keşlə” “Səbail” ilə bacarmadı - Yenilənib

İdman

07 Fevral 2020 19:58 1249


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

“Yeni Sabah” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. "Sabah" "Qəbələ"ni öz meydanında məğlun edib. “Keşlə” isə “Səbail” ilə matçda minimal hesablı məğlubiyyətə üzülüb.

“Sabah” və “Qəbələ” 13 xalla 6 və 7-ci yerləri bölüşdürür. Bu baxımdan bu matç hər iki komanda üçün prinsipial olub. “Keşlə” isə bu mövsüm iddialı çıxışı ilə seçilir. Bakı təmsilçisi 26 xalla “Neftçi” ilə 2 və 3-cü yerləri bölüşdürür. Maddi baxımdan sıxıntı çəkən “Səbail”in mövcud durumu onun oyununa və turnirdəki yerinə də təsir göstərib. Bakı klubu 12 xalla sonuncudur.  pizza sifarişi

Qeyd edək ki, turun daha iki görüşü sabaha nəzərdə tutulub.

7 fevral (cümə)

19:00.“Sabah” – “Qəbələ” - 3:2

Qollar: Marko Deviç, 19, Mario Marina, 22, Ehtiram Şahverdiyev, 64(avtoqol) - Ülvi İsgəndərov, 5, Nikolas Raysel, 90+1-pen 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli

"Bank Respublika Arena

21:00.“Keşlə” –“ Səbail” - 0:1

Qol: Hendrik Ekşteyn, 51 (pen)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı

"ASK Arena”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!