Sosial büdcə 354 milyon artırılır - Pensiyalar qalxacaq

saytların hazırlanması

Evə çatdırılma

Sosial büdcə 354 milyon artırılır - Pensiyalar qalxacaq

Sosial

16 Aprel 2025 01:48 617


Gələn il üçün proqnozlaşdırılan sosial müdafiə və sosial təminat xərcləri məlum olub.

Yenisabah.az xəbər verir ki, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

Gələn il bu sahəyə 5 milyard 105 milyon 971.8 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 354 milyon 241 min manat, yaxud 7,4 faiz çoxdur. 2025-ci ildə sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 751 milyon 730, 8 min manat ayrılması nəzərdə tutulub. Dominos pizza

Sosial müdafiə və sosial təminat xərcləri 2027-ci ildə 5 milyard 389 milyon 226.9 min manat, 2028-ci ildə 5 milyard 871 milyon 740,5 min manat, 2029-cu ildə 6 milyard 180 milyon 879,3 min manat olacaq./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!