Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb

saytların hazırlanması

Evə çatdırılma

Sosial Evlərin tikintisində 50 minlik material oğurlanıb

Sosial

25 Sentyabr 2019 12:30 964


Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sifariş olunan Sosial Evlərin tikintisi zamanı cinayət faktı aşkarlanıb.

"Yeni Sabah"ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 27 aprel tarixində elan etdiyi tender üzrə qalib gələn şirkətlərdən biri, “Hünər – İnşaat” Firması Suraxanı RPİ-yə müraciət edib. Şirkət rəsmiləri bildiriblər ki, tikinti meydançasından 50 min manatlıq tikinti materialları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır. pizza mizza

Qeyd edək ki, “Hünər İnşaat” firması 2017-ci ildən bu günədək MİDA-nın elan etdiyi tenderlərdə 4 dəfə qalib gəlib və ümumilikdə, bu şirkətlə təmxinən 41 milyon manatlıq müqavilə imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!