Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

Sosial

04 Aprel 2025 14:44 4081


"Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən 3 ay müdddət bu gün başa çatır".

 “Yeni Sabah” xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dövlət başçısı tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün 3 ay vaxt verilmişdi:

 "Ötən müddətdə hökumət tərəfindən müavinət və təqaüdlərin artırılması ilə bağlı təkiflərin hazırlanması həyata keçirildi. Güman olunur ki, vaxt başa çatdığı üçün bu təkliflər hazırdır və Nazirlər Kabineti tərəfindən dövlət başçısına təqdim olunacaq. Dövlət başçısına təkliflər təqdim olunduqdan sonra Cənab Prezident tərəfindən müvafiq sənədin imzalanacağı gözlənilir. Bununla sosial müavinətlərin və təqaüdlərin artırılması həyata keçiriləcək. Təkliflər ictimaiyyətə təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımın olacağı bəlli olacaq. Eyni zamanda neçə faiz artımın olacağı bundan sonra aydınlaşacaq.  Toyuqlu pizza

 Bu o deməkdir ki, yaxın zamanlarda dövlət başçısının tapşırığına uyğun olaraq sosial müavinətlər və təqaüdlərdə artımlar reallaşacaq. Bu o deməkdir ki, hazırda müavinət və təqaüd alan vətəndaşlarımızın aldıqları məbləğlərin artırılması istiqamətində addımlar atılacaq. Hansı müavinətlərdə artımların olacağı təkliflərin təqdimatından və müvafiq sənəd imzalandıqdan sonra məlumat bölüşüləcək. 3 milyon vətəndaşımızı əhatə edəcək sosial paket növbəti mərhələdə müavinətlərin və təqaüdlərin artırılmasını özündə ehtiva edəcək. Bu o deməkdir ki, daha çox vətəndaşımız sosial paketdən faydalanacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!