Sosial müavinətlər nə vaxt artırılacaq?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sosial müavinətlər nə vaxt artırılacaq? - AÇIQLAMA

Sosial

15 May 2025 14:35 12108


"Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində sosial müavinətlər, təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılmışdı".

Yenisabah.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddət artıq mart ayının ikinci yarısı başa çatıb:

"Sosial paketin növbəti elementi sosial müavinətlərin və təqaüdlərin artırılmasının nəzərdə tutulmasıdır. Sosial paket bütövlükdə 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,6 milyard manat vəsait ayırlacaq. Bu baxımdan, sosial paketin hər bir elementinin ayrı-ayrılıqda fiskal qiymətləndirilməsi həyata keçirilir, daha sonra bu istiqamətdə qərarlar verilir. 23 dekabr tarixli sərəncamda məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı qərarın verilməsi mümkün olacaq". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rizvan
    Salam xəbər dərc edənlər çalışın dolğun və dürst məlumat dərc edin bu müavinət və təqaüdlərin artırılması dekabrdan sərəncam verilib 3 ayda Nazirlər kabineti təklifini hazırlayıb hazırmaması barədə heç bir xəbər ətər yoxdur buda bir yana artıq may ayıdır hələdə heçnə yoxdur. Hər ekspert çıxır ağzına nə gəldi deyir millədi yola verirlər halaldı sükanı belə saxlayın avvam gəlib avvamda gedirik. Bu xəbəri bütün saytlar bir 50 dəfə verib bəsdirin oxuduqca əsəbləşirik haçan artacaqsa o zamanda xəbəri yazarsız.
    12 months ago
  • Selahattin
    Daha yaşamaq olmuree Vallaha ogurluq cinayet ile mesqul olacam Qaldirmir hokumet ellilik muavineti nede usaq pullu verir
    12 months ago