Sosial şəbəkədə insanları aldadıb 100-dən çox istifadəçinin pulunu aldı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədə insanları aldadıb 100-dən çox istifadəçinin pulunu aldı

Kriminal

17 İyun 2022 21:39 1387


Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-nin Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub. pizza hut

R.Babayevin əməllərindən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!