Sosial şəbəkədə “like” boşanma səbəbi ola bilər - Məhkəmə təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədə “like” boşanma səbəbi ola bilər - Məhkəmə təsdiqlədi

Sosial

25 Noyabr 2025 16:17 524


Türkiyədə Kassasiya Məhkəməsi sosial şəbəkələrdə əks cinsə aid paylaşımları “bəyənməyin” ailədaxili etimada mənfi təsir göstərdiyini və boşanma üçün əsas sayıla biləcəyini rəsmən təsdiqləyib. Bu barədə “Haber Türk” məlumat yayıb.

"Yeni sabah" xəbər verir ki, məsələ Kayseridə yaşayan ailənin qarşılıqlı boşanma işi zamanı ortaya çıxıb. Qadın ərini başqa bir qadının sosial media fotolarını bəyənməkdə, ona maddi dəstək verməməkdə və sədaqətsizlikdə günahlandırıb. Kişi isə həyat yoldaşının atasını təhqir etdiyini, həddindən artıq qısqanc davrandığını və sosial şəbəkədə xoşagəlməz şərhlər yazdığını bildirib.

Həm birinci instansiya, həm də apellyasiya məhkəməsi kişinin günahkar olduğu qənaətinə gəlib. Kassasiya Məhkəməsi də qərarı dəyişmədən qüvvədə saxlayıb. Nəticədə qadına 30 min lirə maddi, 30 min lirə mənəvi təzminat ödənilməsi və hər ay 1000 lirə aliment verilməsi qərara alınıb. Halbuki qadın əvvəlcə 500 min lirə təzminat və 5 min lirə aliment tələb etmişdi. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!