Sosial şəbəkədə yayılan məlumatlar doğrudurmu? - FHN-dən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədə yayılan məlumatlar doğrudurmu? - FHN-dən AÇIQLAMA

Sosial

26 Yanvar 2020 12:33 2265


Ötən gündən etibarən sosial şəbəkələrdə Türkiyənin Elazığ bölgəsində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan yardım təyyarəsinin göndərildiyi barədə məlumat yayılıb.

Hətta azərbaycanlı xilasediciləri daşıyan təyyarə Elazığ aeroportunda eniş etdiyi barədə qətiyyətli iddialar da səsləndirilib.

"Yeni Sabah" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda isə bu xəbər təkzib olunub. FHN mətbuat katibi Gülçin Mehdiyeva açıqlamasında hələlik yardım göndərilmədiyini vurğulayıb: Pepperoni pizza

“Bu məlumat sosial şəbəkələrdən götürülüb və paylaşılıb. Əslində belə bir addım hələlik atılmayıb. Əgər yardım göndərilərsə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı başsağlığı məktubu Elazığda baş vermiş güclü zəlzələilə bağlı bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!