Sosial şəbəkədən Tramp və Baydenə qadağa

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkədən Tramp və Baydenə qadağa

Dünya

03 Noyabr 2020 09:29 521


“Twitter” ABŞ-da seçki nəticələri rəsmən elan olunana qədər prezidentliyə namizədlərin və bütün sosial media istifadəçilərinin qələbəni bayram etmələrinə qadağa qoyub.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

“Sosial şəbəkə istifadəçiləri və eləcə də ABŞ prezidentliyinə namizədlər rəsmi elan olunana qədər “Twitter”də qələbə ilə bağlı paylaşım edə bilməzlər”, - məlumatda belə deyilir. Pepperoni pizza

“Twitter” rəsmiləri yalnız dövlət seçki komissiyasının elanının və ya azı iki etibarlı milli KİV-in proqnozunun qəbul olunacağını vurğulayıblar. Bildiriş həm prezident, həm də konqres seçkilərinə aiddir.

Şirkət, həmçinin seçkilərə müdaxilə çağırışlarına sərt yanaşacağını bildirərək, şiddətə təhrik edən yazılar da daxil olmaqla bu cür paylaşımların silinəcəyi ilə bağlı xəbərdarlıq edib. (RİA Novosti)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!