Sosial şəbəkələr vasitəsilə narkotik satanların məhkəməsi başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələr vasitəsilə narkotik satanların məhkəməsi başlayıb

Kriminal

29 Aprel 2020 13:44 788


Narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə satan 3 nəfərdən ibarət dəstə üzvləri növbəti dəfə hakim qarşısına çıxarılıb. 

“Yeni Sabah”ın xəbərinə görə, Dadaşov Hüseyn Səxavət oğlu, Qasımzadə Ziya Cəsarət oğlu və Əlizadə Nurlan Rasim oğlunun həbs-qətimkan tədbiri Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranov tərəfindən uzadılıb. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2020-ci ilin yanvar ayında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib. 

Belə ki, Baş İdarəyə iki nəfər şəxsin sosial şəbəkələr vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirmələri barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının paytaxtın Nizami rayonunda keçirdikləri tədbir zamanı həmin şəxslər əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakinləri Hüseyn Dadaşov və Ziya Qasımzadə tutulublar. Onların üzərində yoxlamalar aparılan zaman külli miqdarda - 47,691 qram heroin və 40,063 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.  Toyuqlu pizza

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər istintaqa şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə ediblər. Daha sonra H.Dadaşov və Z.Qasımzadə narkotik vasitələrin sosial şəbəkələrdə satışını həyata keçiriblər. Həmin şəxslər narkotik vasitələri paytaxtın müxtəlif yerlərinə qoyaraq həmin ünvanın şəklini çəkib onlardan heroin və ya metamfetamin alan şəxslərə göndəriblər. istintaq dövrü isə dəstənin daha bir üzvi Əlizadə Nurlan Rasim oğluda saxlanılıb. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!