Sosial şəbəkələrdə ən çox izlənilən klublar hansıdır?

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə ən çox izlənilən klublar hansıdır?

İdman

14 İyun 2023 09:59 628


Sosial şəbəkələrdə ən çox izlənilən klublar bəlli olub.

YEnisabah.az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İspaniyanın "Real Madrid" klubu başçılıq edir.

Madrid təmsilçisinin ümumən 363 milyon abunəçisi var. Bunlardan 79,9 milyonu tviter, 135 milyonu instaqram, 117 milyonu feysbuk, 30,8 milyonu isə tik-tok platformasındadır. pizza

İkinci yerdə 342 milyon izləyici ilə (tviter - 82,8; instaqram - 119; feysbuk - 112, tik-tok - 28,3) İspaniyanın digər nəhəng klubu "Barselona" qərarlaşıb. İlk "3-lüy"ü 206 milyonla İngiltərə "Mançester Yunayted"i (tviter - 41,5; instaqram - 61,5; feysbuk - 80,8; tik-tok - 22,4) qapayır.

Türkiyə çempionu "Qalatasaray" 40,1 milyon (tviter - 13,9; instaqram - 12,6; feysbuk - 12; tik-tok - 1,6) izləyici ilə 18-ci, digər İstanbul təmsilçilərindən "Fənərbağça" 29,8 milyonla (tviter - 11,4; instaqram - 8,7; feysbuk - 8,6; tik-tok - 1,1) 21-ci, "Beşiktaş" 17,6 milyonla (tviter - 6,1; instaqram - 5,5; feysbuk - 5,4; tik-tok - 0, 6) 33-cü sıradadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!