Sosial şəbəkələrdə ordu ilə bağlı yalan məlumat yayan Göyçay sakini tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə ordu ilə bağlı yalan məlumat yayan Göyçay sakini tutuldu

Kriminal

16 İyul 2020 21:50 1424


Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə rayonun Mırtı kəndindən olan hərbçimizin şəhid olması ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Aydın Rəsulov iyulun 14-də özünə məxsus sosial şəbəkə hesabında Bakı şəhərinə 20, Göyçayın Mırtı kəndinə isə bir şəhid olmuş əsgərimizin nəşinin gətirilməsi ilə bağlı yalan, cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumatlar paylaşıb. 

O, polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, toplanmış material rayon məhkəməsinə göndərilib.  Dominos pizza

Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib. A.Rəsulov etdiyi hərəkətdən peşman olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!