Sosial şəbəkələrdəki bu qrup nəzarətə götürüldü -   DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdəki bu qrup nəzarətə götürüldü - DİN-dən AÇIQLAMA

Kriminal

09 İyun 2020 23:35 9201


Yasamalda polisin keçirdiyi əməliyyatdan sonra ölkədə bəzi şəxslərin sabitliyi pozmaq istiqamətində atdığı addımlar tam nəzarətimizdədir.

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O qeyd edib ki, baş verən hadisələrlə bağlı araşdırmalar davam edir: pizza mizza

“Sosial şəbəkələrdə dövlətçiliyimiz, millətimiz əleyhinə provokativ xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi bizə məlumdur. Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə təşkilatlanmış qrupun cəmiyyətdə aqressivliyi artırmaq üçün bütün vasitələrdən istifadə etdiyi haqda məlumat vermişdik.   /Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!