Sosial şəbəkələrə səs salan Fərid sığınacaqdan qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrə səs salan Fərid sığınacaqdan qaçdı

Sosial

26 Oktyabr 2019 10:47 1097


Bakıda uşaq sığınacaqdan qaçıb.

"Yeni Sabah"ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

“Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki filialı olan “Nur” Uşaq Evindəki sığınacağa yerləşdirilən 14 yaşlı Vlasov Fərid Ruslan oğlu sığınacaqdan qaçıb. pizza hut

“Nur” Uşaq Evinin rəhbəri Aynurə Xudiyeva sayta açıqlamasında faktı təsdiq edib. 

O bildirib ki, Fərid hazırda sığınacaqdadır:

“O, oktyabrın 22-də, səhər saatlarında sığınacaqdan qaçıb və 3-4 saatdan sonra biz onu tapdıq. Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında diləndiyi yerdə tapmışıq. Fərid Bakının hər yerində dilənib və hər yeri tanıyır”.

A.Xudiyev qeyd edib ki, Fərid Vlasov siqaret çəkib və dilənib:

“Hazırda sığınacaqda reabilitasiya keçir”.

Qeyd edək ki, bir müddət əvvəl əvvəl sosial şəbəkələr azyaşlı Fəridin videomüsahibəsi ilə sarsıldı. O, müsahibəsində valideynlərini itirdiyini, azyaşlı qardaş-bacısına baxdığını bildirirdi. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fəridlə bağlı açıqlama yaymışdı. Məlum oldu ki, azyaşlının dedikləri həqiqəti olduğu kimi əks etdirmir. 

O, “Nur” Uşaq Evindəki sığınacağa yerləşdilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!