Sosial Xidmətlər Agentliyi Ağdamdakı faciəyə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Sosial Xidmətlər Agentliyi Ağdamdakı faciəyə dair məlumat yaydı

Sosial

28 Avqust 2025 15:53 389


Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi (SXA) məlumat yayıb.

Agentliyin əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.  Toyuqlu pizza

Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub: 

"Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək müvafiq körpələr evinə yerləşdiriləcək".

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların valideynləri saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!