Sosial Xidmətlər Agentliyindəki insidentlə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Sosial Xidmətlər Agentliyindəki insidentlə bağlı AÇIQLAMA

Sosial

08 Aprel 2025 21:11 190


Ötən həftə Sosial Xidmətlər Agentliyinin "Məzun evi" sosial xidmət müəssisəsinin bir qrup sakini Agentliyə müraciət edərək, müəssisənin digər bir qadın sakininin davranışlarından narazı olduqlarını bildirib, onun "Məzun evi"ndən çıxarılmasını xahiş ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin "Məzun evi"ndə mənzillə təmin edilmiş imtiyazlı şəxsin həyat yoldaşı olub və nikahları pozulduğu zaman əri mənzili tərk edib, hazırda həmin mənzildə üç övladı ilə birgə yaşayır. Dominos pizza

"Sakinlər Agentliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilib, onlara müvafiq izahatlar verilib və profilaktik söhbət aparılıb, müraciətləri aidiyyəti üzrə müvafiq quruma göndərilib.

Qəbula gələn sakinlərdən bir qismi Agentliyin əməkdaşlarına qarşı təhqiramiz ifadələr işlədib, onlara qarşı kobud davranıb, hətta qurumun inzibati binasının qapılarını vurub sındırmağa çalışıblar. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət olunub" , - məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!