Şövkət Əziz Prezident İlham Əliyevə məktub ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Şövkət Əziz Prezident İlham Əliyevə məktub ünvanladı

Siyasət

11 Oktyabr 2020 17:18 1326


Pakistanın sabiq Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, Dominos pizza

Biz, ölkənizin dostları olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində baş verən ən son münaqişədən narahatıq. Günahsız insanların, xüsusi ilə də uşaqların ölümü qəbul edilməzdir. Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dərhal yerinə yetirilməsinin vacibliyini xatırlatmaqla Ermənistana daha fəal surətdə təsir etməlidir.

Biz, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından BMT-nin Baş katibinə bəyanat göndərərək erməni təcavüzkarların Azərbaycan ərazilərindən dərhal çıxarılmasına və təcili atəşkəsə çağırış edirik. Biz, həmçinin həmsədrimiz Vayra Vike-Freyberqanın BMT-nin xüsusi nümayəndə təyin edərək Təhlükəsizlik Şurasına hesabat verməsi təklifini dəstəkləyirik.

Cənab Prezident, biz Sizin və Azərbaycan xalqının yanındayıq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!