Böyük Britaniyada yaşayan soydaşımız Kamran Balayevin (Kam Balayev) London meri vəzifəsinə namizədliyi irəli sürülüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət komitəsinin əməkdaşı Emin Rüstəmov sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, seçkilər 2021-ci il mayın 6-da keçiriləcək: Dominos pizza
"Beynəlxalq hüquqşünas olan həmyerlimizə Böyük Britaniyanın 2017-ci ildə yaradılmış Renev (Renew) mərkəzçi partiyası etimad göstərib. Kamran Balayev 1981-ci ildə Bakıda doğulub, Kembric Universitetinin, London iqtisadiyyat və siyasi elmlər məktəbinin məzunudur. Həmyerlimiz İsveçrənin elitar analitik mərkəzlərində hazırlıq keçib və hüquq elmləri doktorudur".
E.Rüstəmov vurğulayıb ki, Londonda yaşayan azərbaycanlılar və Azərbaycanın dostları bu linkdən keçid edib Kamran Balayevi dəstəkləyə bilərlər: https://docs.google.com/forms/d/e/1FAIpQLSchCD1-8jb8olyxHeRUP5qsOqw29-SIjZg5CsI1_nOCS5j3vQ/viewform
Telegram kanalımız