Şoyqu Ermənistanın müdafiə nazirinə ZƏNG ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu Ermənistanın müdafiə nazirinə ZƏNG ETDİ

Rəsmi

26 İyul 2021 18:50 1174


Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Arşak Karapetyanla telefonda danışıb.

Yenisabah.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.      

Qeyd edək ki, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyulun 20-də Arşak Karapetyanın ölkənin Müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə fərman imzalayıb. Karapetyan son təyinatına qədər Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutub. O, hazırda həm də ölkənin müdafiə naziri vəzifəsini icra edir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!