Şoyqu və Papikyan Qarabağdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu və Papikyan Qarabağdan danışdı

Rəsmi

16 Avqust 2022 14:03 1044


Rusiya Federasiyasının və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Suren Papikyan beynəlxalq təhlükəsizlik üzrə X Moskva konfransı çərçivəsində danışıqlar aparıblar.

Yenisabah.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müzakirə edəcəyimiz mətləblər çoxdur, hərbi-texniki və hərbi əməkdaşlığımızla bağlı ənənəvi məsələlər və s. Təbii ki, Dağlıq Qarabağda tapşırıqları yerinə yetirən sülhməramlı kontingentimizin fəaliyyəti ilə bağlı məsələlər. Biz də sizin kimi əminik ki, əsas sabitləşdirici amil bütün təmas xətti boyunca atəşkəsdir”, - deyə məlumata əsasən, iRusiya hərbi idarəsinin rəhbəri danışıqlar zamanı bildirib. pizza mizza

Şoyqu, həmçinin Ermənistandan olan həmkarına Beynəlxalq Ordu Oyunlarının və Ordu-2022 Beynəlxalq Hərbi-Texniki Forumunun açılışında, eləcə də Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransındakı işdə iştirak etmək imkanına görə təşəkkür edib.

Öz növbəsində, Papikyan qeyd edib ki, bugünkü görüş artıq ilin əvvəlindən bəri ikinci görüşdür və bu, ikitərəfli Ermənistan-Rusiya müttəfiq əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərir.

“Bu görüş bizim üçün çox önəmlidir. Biz Ermənistan-Rusiya əməkdaşlığının əldə edilmiş səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunun rolunu yüksək qiymətləndiririk”, - deyə Ermənistan Müdafiə Nazirliyinin rəhbəri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!