Söyüd ağacını kəsdi, 2300 manat cərimə olundu

saytların hazırlanması

Evə çatdırılma

Söyüd ağacını kəsdi, 2300 manat cərimə olundu

Rəsmi

22 Avqust 2019 07:24 2381


Tovuz rayonunda ağac kəsilməsi ilə bağlı daxil olan şikayət  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən “Yeni Sabah”a daxil olan xəbərə görə, araşdırma zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.

Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o 2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.  Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!