Söyüdlü kəndində baş verən hadisələr "Anglo Asian Mining plc." şirkətinin bazar dəyərini 160 milyon dollara qədər azaldıb.
“Yeni Sabah”ın məlumatına görə, bunu "Anglo Asian Mining plc." şirkətinin rəhbəri Reza Vəziri deyib.
O bildirib ki, şirkət həmin dönəmdə birjada mövqeyini möhkəmləndirməkdə və inkişafda olub: “"Anglo Asian Mining" şirkətin 600 səhmdarı var. Onlar Azərbaycana etibar edib burada pay alıblar. Hesablamışdıq ki, qarşıdakı 5 ildə şirkətimiz Azərbaycanda 30-40 min ton mis hasil edəcəkdir. Çox təəssüflər olsun ki, Söyüdlüdə olan hadisələr şirkətə böyük ziyan vurdu, bazar dəyərimiz təxminən 80 faiz azaldı, 200 milyon dollardan 50-60 milyon dollara qədər endi”. Marqarita pizza
Xatırladaq ki, sözügedən şirkət “Anglo-Asian Mining PLC” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.
Telegram kanalımız