Söyüdlü kəndinin əsasını naxçıvanlı ata-oğul qoyub - Maraqlı məlumatlar 

saytların hazırlanması

Evə çatdırılma

Söyüdlü kəndinin əsasını naxçıvanlı ata-oğul qoyub - Maraqlı məlumatlar 

Maraqlı

22 İyun 2023 11:01 2260


Gədəbəy rayonunun Söyüdlü kəndi polislə məlum qarşıdurmadan sonra qısa müddət ərzində ölkədə məşhurlaşdı. 

Yenisabah.az Söyüdlü ilə bağlı məlumatları təqdim edir:

Söyüdlü kəndi qədim tarixə malikdir. Burada VII-VIII əsrlərə aid Qız qalası, Qədim Albaniya dövrünə aid Mahrasa məbədi kimi abidələr mövcuddur. Pepperoni pizza

Kəndin keçmiş adı Mollahasanlı olub. Yerli məlumata görə, kəndin əsasını əslən naxçıvanlı olan və bir müddət Türkiyədə yaşadıqdan sonra buraya köçmüş Kor Orucəli (ona görə də bu kəndə el arasında Korlar da deyilir) və onun oğlu Molla Hasan qoyub. 

XX əsrin əvvəllərində ətrafdakı Abdullauşağı, Qaraqoyunlu, Qurdulu və Mollalı adlı kəndlər də buraya köçmüş və öz adlarını məhəllə adlannda saxlayıblar. Adın mənşəyi kəndin salındığı yerdə söyüd ağaclarının olması ilə bağlıdır. 

Söyüdlü kəndi nəinki Gədəbəydə, hətta Azərbaycanda ziyalı kənd kimi tanınır.

Kənd bu günə qədər 300-dən çox müxtəlif sahələr üzrə alim, mütəxəssis və digər sənət sahibləri yetişdirib. Hazırda kənddə 3 mindən çox adamın yaşadığı bildirilir. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. 

Hazırda Söyüdlü kəndində 1 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 1 kitabxana və 1 mədəniyyət evi var. 

Kənd dağlıq ərazidə yerləşir. Gədəbəy rayonunun bir çox kəndlərində olduğu kimi Söyüdlüdə də mineral bulaqlar çıxır.

Söyüdlü uca dağları, təmiz havası, buz kimi bulaqları, əsrarəngiz təbiəti ilə insanı valeh edir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!