Söyüdlüdə 2 “rus casus” tutuldu – Ermənilər təşvişdə

saytların hazırlanması

Evə çatdırılma

Söyüdlüdə 2 “rus casus” tutuldu – Ermənilər təşvişdə

Hadisə

04 Aprel 2024 10:42 8809


Ermənistanda “Azərbaycan casusları” ilə bağlı iddialar yenidən aktivləşib.

Publika.az-a istinadən xəbər verir ki, aprelin 2-də Ermənistan təhlükəsizlik orqanlarının Basarkeçərdə Sotk (Söyüdlü) qızıl mədənində işləyən iki rusiyalı əməkdaşı həbs etdiyinə dair məlumat yayılıb.

Rusiyalı işçilər Söyüdlü qızıl mədəninin hazırda Ermənistanın nəzarət etdiyi hissəsində işləyir. pizza mizza

“Hraparak” nəşri yazır ki, saxlanılan rusiyalılar qızıl mədəninin mühafizə postunun əməkdaşlarıdır.

“Mədənin işçiləri bizə bildirir ki, iki rusiyalı işçi Azərbaycana casusluq etməkdə şübhəli bilinir. Onlar yataqla bağlı Azərbaycana məlumatlar ötürüb”, - nəşr iddia edir.

Qeyd edək ki, dünən Xankəndidən Ermənistana qayıdan Sərkis Qalstyan da “Azərbaycana casusluq” ittihamı ilə həbs olunub. Bu “casus ovu”nu Ermənistan hakimiyyətinin qurduğu bəllidir: Paşinyan ya o qədər qorxur ki, hər kəsi casus olaraq görür, ya da bu cür oyunlarla Azərbaycanı “müdaxilə edən tərəf” kimi göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!